Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır. Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir: 1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin. 2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.