G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 8 » ŞEİR
ŞEİR
02:02

Gözümdə olsaydın əgər əzəldən ,
Gözüm gördüyündən iyrənər,gülüm.
Bezikib sən kimi zalım gözəldən,
Fəqət yoxluğuna öyrənər, gülüm.

Gözlərim kor deyil, görür sən nəsən,
Görsədə ,neyləyim,unutmaq olmur.
Axı, gözümdə yox,ürəyimdəsən
Sevgini ürəkdən heç atmaq olmur.

Çünki ürəyimin yoxdu gözləri,
Sevir nur hesreti çeken kor kimi.
Eşitmir tikanlı,acı günləri,
Lal dili anlayır səni kar kimi.

Sən əlinlə onu hədələyəndə
O elə zənn edir,”yaxın gəl”dedin.
Dilinlə od ələyəndə,
Gülür ,düşünürki,ona “gül” dedin.

Olasaydı gözləri ürəyimin də,
Görərdi saxtasan , iki üzlüsən.
Bir an da qalamazdın sən ürəyimdə,
Coxda ki ,gözəlsən,qara gözlüsən.

Eşqim bax beləcə daşa dəysə də,
Ürəyim bir dərdlə alışacaqdır.
Bu eşq bir dəfə boyun əysədə,
Hər gün unutmağa calışacaqdı.

Cox heyif , heyif ki, vefasız eşqlə,
Bütün ömrüm boyu ürəyimdəsən.
Girib kor ürəyə səfasız eşqlə,
Səfalı arzum da diləyimdəsən.

Mən necə unudum, necə tərk edim,
Axı bacarmıram,bir parca ətlə.
Bu dərddən haraya baş alım gedim?
Qatlaşa bilmirəm bu əziyyətlə.

Kaş ki, gözlərim də olaydın,gülüm,
Heyif ürəyim də məkan qurmusan.
Mənəvi cəhətdən verərək zülüm,
Bu kövrək qəlbimə yara vurmusan.

Bülbül yaşayırsa quş qəfəsində,
Onun nəğməsində səadət olmur.
Bu nankor zamanın məngənəsində
Sıxılan ürəkdə məhəbbət olmur.

Məni də o qədər sıxdı o zaman,
Əzildim özümə gələ bilmədim.
Bir sənə qalmışdı,gözəl qız,güman,
Səni də bivəfa görüb inlədim.

Hər yerdə,hər zaman ,düşündüm səni,
Köməyim olmadıdüşüncələrdə.
Düşünə-düşünə itirdim səni,
Indi axtarıram düşüncələrdə.

Nə qədər sıxsa da bu zaman məni,
Ona əyilmədim, eşqə əyildim.
Oldum öz ömrümün qəddar düşməni,
Şahin vüqarıma gəl,əyil dedim.

Əyildim sevgimin qarşısında mən,
Ömrümü səninlə yaşayım deyə.
Sevgimə xəyanət eyləsən də sən,
Danladım özümü,əyildim niyə?

Həsrət yağış kimi yağdı üstümə,
Islandı qəhərli gözlərim mənim.
Ayrələq qılıncı durdu qəstimə,
Fəryada büründü sözlərim mənim.

Gəl ey məhəbbətim,gəl dedim sənə,
Əksinə daha da aralı gəzdin.
Çarəsiz dərd verib üstəlik mənə,
Qarşımda gülərək ruhumu əzdin.

O gülüş nə qədər acı olsa da,
Eşqimin dilində şəkərli,baldı,
O, məni dərdə salsa da,
Sevən ürəyimçün şirin vüsaldı.

Bax elə budur ki,yandırır belə,
Ürəyim istəmir unudum səni.
O qədər yanmışam,dönmüşəm közə,
Bir gün də, yandırar səni.

O zaman bilinər kimliyim mənim,
Onda sən özünü danlayacaqsan.
Bir gün məhf olacaq mənim bu qəmim,
Sən isə hər gün ağlayacaqsan.

 

 

Прикрепления: Картинка 1
Просмотров: 1024 | Добавил: giq | Рейтинг: 4.0/2 |
Всего комментариев: 1
1 ibrahim  
0
Salam günel blogumda şərh yazdiğin üçün təşəkkür edirəm

yolunuzu gözləyirən ginə

İBRAHİM - TƏBRİZ


Имя *:
Email *:
Код *:
Пятница, 26.04.2024, 15:42
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz