G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 7 » Həyatından getdi.
Həyatından getdi.
15:34

Hər dəfə sən məni unutmağa başlayanda mən sənə dönəcəm-oğlan qıza söz verərək onun həyatından getdi.
Və hər dəfə qız onun şəkillərini cırıb yeni həyata başlamağa hazırlaşdığı vaxt o peyda olurdu.Qız onun yanına uçurdu elə bil arxasına da baxmadan.O heç vaxt geriyə baxmırdı,çünki geriyə qayıtmağı bacarmırdı…
Onun yanına qaçırdı hər şeyi geridə buraxaraq-tanışlarını,yeni yaranan münasibətlərini.O gəlmişdi,başqa heç nə lazım deyildi.

Sonra oğlan yenə yoxa çıxırdı- qıza şeirləri,çiçəkləri,gözəl sözləri və bir də göz yaşı xatirə qoyaraq .
Həyat belə davam edirdi.Kim isə qıza əl uzadan kimi o gəlirdi və fiqurları öz yerinə qoyurdu.
Qız başa düşürdü ki bu taledir,gözləmək onun alnına yazılıb,qaça bilməz ondan.Taleyi ilə barışmışdı artıq.Oğlan qələbəsinə əmin olandan sonra uzun müddət yoxa çıxdı.
Bir gün o yenə gəldi.Görüşdülər.Oğlan necə oldusa bircə anlıq səhv elədi,bircə anlıq fikri yayındı və yanlarından ötən qızı baxışları ilə ötürdü.Qız bu baxışları tutdu.Elə bil bu anı gözləyirdi.Elə bil yuxudan ayıldı.Öz-özünə təəccubləndi:bütün bu illər ərzində o kefi istəyən kimi yaşayıb,mən də bunu gözləmişəm.

Ürəyi yüngülləşdi bir anda,elə bil çiyinlərindən ağır bir yük götürüldü.Qəlbini sıxan ağrılar yox oldu,azadlığın havasından başı hərləndi.
Ayağa qalxdı,heç bir söz demədən çıxışa doğru yollandı.Hər addımı ilə daha da yüngülləşırdı,sanki uçurdu.Hamıya gülümsəyirdi,heç kim onu belə görməmişdi.Əsən külək sanki yaddaşındakı xatirələri silib aparırdı.
Oğlan onun ardınca qaçdı,nə isə demək istədi.Qız geriyə baxmadı, o heç vaxt geriyə baxmırdı, çünki geri qayıtmağı bacarmırdı...

Hər birimiz xoşbəxtlik istəyirik...sadə,sakit,işıqlı.Elə xoşbəxtlik ki,doğma bir çiyinə baş qoyub bütün pislikləri unuda bilək.Susaq və sevdiyimiz gözlərin dərinliklərinə baxa bilək
Hər birimiz səmimiyyət istəyirik...ilk bahar çiçəkləıri kimi təmiz,günəş şüalarını xatirladacaq qədər isti.
Hər birimiz inam istəyirik...bəzən elə çatışmır ki.Elə inam ki,sınmağa az qalmış bir vaxtda kimsə sakitcə pıçıldasın:sən bacararsan,səndə hər şey alınacaq.
Hər birimiz sevgi istəyirik...hətta sevgiyə inanmayanlar da.Sevgi hamiya lazımdır: varlıya da,kasıba da.Yaşlıya da ,cavana da.Bizi xoşbəxt edən zərif,incə duyğu.
Hər kəs bunları istəyərkən nədən başqalarına dəyər vermirik,başqalarında olan yaxşılıqları qiymətləndirməyə cəsarətimiz çatmır?Nədən sevdiklərimizin qədrini bilmirik?

Hər kəs bunları istəyərkən niyə ətrafımız yalan,tənhalıq,ayrılıq,ruh düşkünlüyü,paxıllıq ilə doludur?Niyə ürəklər bu qədər xaindir?
Deyirlər ki,zəmanə dəyişib.Bəlkə də...Amma insanlığa xas olan hisslər var ki, onlar axı qalmalıdır. 
                                                                                                                                                                

 

Просмотров: 836 | Добавил: giq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Понедельник, 06.05.2024, 11:54
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz