G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 7 » TEST
TEST
15:26

1.Tənhalıq sənə xoşbəxtlik gətirir?

2.Həyatının daha mənalı və rəngarəng olması üçün əks cinsin nümayəndəsinə ehtiyacın var?

3.Həyatının qadınını (kişisini) tapmaq üçün qarşına məqsəd qoymusan?

4.Sevdiyin insanın sənə sevgisini tez-tez xatırlatmağı istəyirsən?

5.Qısqancsan?

6.Səncə, sevgilinin hər ehtiyacını ödəyə bilirsən?

7.Bütün ümidlərin və arzuların sevdiyin insana bağlıdır?
8.Onu özünçün ideallaşdırmısan?

9.Onunla yaxınlıq edirsən?

10.Onu qane etmək üçün hərəkətlərində və ya xasiyyətində dəyişiklik etmisən?

11.Onu itirəcəyindən qorxursan?

12.Özünü ondan asılı hiss edirsən?

Nəticə:
1.Xalın 2-dən artıq deyilsə, onda rahat ola bilərsən. Sən sevginin əsiri deyilsən. Onunla vaxtını maraqlı keçirib, həyatın dadını çıxarmağa çalış.

2)3xaldan artıq yığmısan. Deyəsən, sevgilinlə aranız yaxşı deyil. Əgər hazırda aranızda problem yoxdursa, onun gələcəkdə yaranma ehtimalı çox böyükdür. Ehtiyatlı ol və sevdiyinlə aranızda olan ən kiçik problemi belə həll etməyə çalış.

3.Xalın 4 və ya 5-dən yuxarıdır. Çox təəssüf ki, sən sevginin əsirinə çevrilmisən. Onun virusu artıq sənə təmas edib. Lakin sən hələ bunun fərqinə varmırsan. Sevirsən, amma deyəsən, həddini aşmaq dərəcəsinə çatmısan. Bu da sənə xoşbəxtlikdən çox gözyaşı bəxş edir. Özünü ələ almağa çalış və hisslərinə qapılma. Sevdiyin insanın səni həqiqətən sevdiyini bir daha dəqiqləşdir.

Sən onunla tanış olmusan? Telefon danışıqları, evə ötürmələr, sevgi mesajları- hər şey öz yerindədir. Amma ürəyini şübhələr didir. Bəlkə mənə öyrəşib, bəlkə məni aldadır, bəlkə sevmir? Bəlkə də heç siz onu sevmirsiz…..

Onda əsl sevginin 15 əlamətini həm özünüzdə, həm yarınızda axtarmağa çalışın. Əlamətlərin ən azı 12 –si düz gəlirsə, deməli, narahat olmağa dəyməz. Sevirsiz, özü də necə…

1.Əvvəllər heç kimə bağışlamadığın səhvləri ona güzəştə gedirsən.

2.O nə geyinirsə geyinsin, gözünüzə gözəl görünür. Geyiminin ucuzluğuna-bahalığına fikir vermirsiz.

3.Onu görən kimi ürəyindən qəribə gizilti keçir və ayaqların yerində donur.

4.Onun yanında kimisə görəndə, fərqi yoxdur yaşlıdır, cavandır, qəşəngdir, eybəcərdir, qohumdur, yaddır, - dərhal ürəyindən keçir: «Əlbəttə, onun kimisə var».

5.Onunla danışandan sonra nə qədər baş sındırsan da nə cavab verdiyini, hansı sözləri işlətdiyini yadına sala bilmirsən.

6.Onun hansı bürcdən və ildən olduğunu öyrənib, bütün qoroskoplara baxırsan.

7.Onunla tanışlıqdan sonra jurnallarda oğlan–qız münasibətlərinə aid yazılar axtarırsan. «Nə dərəcədə cazibədarsan?», «Oğlanların (və ya qızlara) xoşuna hansı qızlar gəlir?» testlərinə baxırsan.

8.Onunla bağlı taleyini öyrənmək üçün falçı axtarışına çıxırsan, kartla, kofe ilə falabaxmağa maraq göstərirsən.

9.Sənin xoşuna gəlir: o, necə yeyir, necə gülür, saçlarını düzəldir.

10.Tez-tez ona toxunmaq istəyirsən.

11.Sən qorxursan: kimsə onu əlindən alar…

12.Düşünürsən: onun anasın mənim anamnan münasibəti necə olar.

13.Onun nə yemək xoşladığını bilib, onu bişirməyi öyrənirsən.

14.Sən telefonundakı oğlan (və ya qız) adlarını pozursan.

15.Sən nəinki onun özünün, hətta onun anasının, atasınınn, bacı-qardaşlarının da ad gününü bilirsən.

 

Просмотров: 917 | Добавил: giq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Понедельник, 06.05.2024, 06:44
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz