G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 7 » SEVGİLİLƏR ÜÇÜN
SEVGİLİLƏR ÜÇÜN
15:15

Yaxşıdır:
Onun çatışmayan cəhətlərini qəbul edirsən.
O, sənə hədiyyələr bağışlamır. Düşünürsən ki, «hər gün nə isə almaqdansa, pula qənaət edib, birlikdə tətilə çıxarıq». Günün çox hissəsini işdə keçirib, səni gəzməyə apara bilmir. «Eybi yox, bu bizim gələcəkdə varlanmağımıza səbəb ola bilər» deyə düşünürsən. O, sizin il dönümünüzə sənin sevdiyin əşyanı yox, ona xoş olan bir şey alır. Sən də bununla razılaşıb, onun aldığının da maraqlı olduğunu düşünüb, hədiyyəni həvəslə qəbul edirsən.
Pisdir:
Hər şeyə boş baxırsan.
Bəzi şeylərə boş baxmaq olar, lakin hadisəni olduğu kimi qəbul edib, içində əsəb keçirməkdənsə, onunla danışmağa çalış. Çünki əsəbin səni tərsliyə vadar edib, onunla münaqişəyə sürükləyəcək.
Nə baş verə bilər?

Kişiyə nəyi necə etməsini demək lazım deyil, onlar hər şeyi qadınlardan yaxşı bilirlər. Sevgilinin səni sevdiyinə əminsənsə, o zaman xırdaçılığa dəyməz. Kişilər qadınlara nisbətən daha çox stress keçirirlər. Qadın o stresi büruzə verir, lakin kişi onu içində boğmağa çalışır. Bu kimi kiçik problemləri böyütməkdənsə, hər aldığına «çox sağ ol» demək daha yaxşı olar.
Yaxşıdır:
Ona yalan danışmırsan.
Həyatını birgə sürdürəcəyin insana qarşı dürüst olub, onun yanında başıaşağı olmamaq səni fərəhləndirir. Beləcə, onun sənə olan etibarı daha da artacaq. Və istədiyin yerə onsuz və ya rəfiqələrinlə gedə bilərsən.
Pisdir:
Ona hər şeyi danışırsan.
Rəfiqələrin arasında olanı danışmaq qəbahət deyil. Lakin valideynlərinin onun haqqında həqiqətən nə düşündüyünü demək, artıq axmaqlıqdır.
Nə baş verə bilər?
Kişilər bir hadisəni sonuna kimi dinləməyi bacarmırlar. Onlar danışıq əsnasında özlərinə maraqlı olan məqamı tutub, onun ətrafında saatlarla mübahisə edə bilərlər. Əgər onun xasiyyətinə bələdsənsə, baş verən hər xırda hadisədən onu hali etmə. Çünki elə şeylər var ki, xırdaçılığı ilə və ya şişirdilmiş şəkildə danışmaq gələcək ailənin indidən dağılmasına səbəb ola bilər.
Yaxşıdır:
Siz bir canda iki qəlbsiniz.
Günün çox hissəsini onunla keçirib, şopinqə belə onunla birgə gedirsən. Eyni yeməkdən həzz alıb, bir filmə saatlarla baxa bilərsiniz.
Pisdir:
Bütün günü birlikdəsiniz.
Bu cür münasibət zamanla bir-birinizin hobbisinə olan marağınızı azaldacaq. Biriniz yemək rasionunda və ya film seçimində dəyişiklik etsəniz, bu, digərinizin xətrinə dəyəcək.

Nə baş verə bilər?
Özünüzə vaxt ayırmağa çalışın. Onu sizin üçün darıxmağa vadar edin. Bu cür münasibətdə olan iki insanın bir müddət ayrı qalması yaxşıdır. Əmin ola bilərsiniz ki, o, sizinlə görüşə gəldiyi zaman ilk fürsətdə həsrətini büruzə verəcək.

 

Просмотров: 883 | Добавил: giq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Понедельник, 06.05.2024, 08:09
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz