G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 4 » İSTİFADƏ ET
İSTİFADƏ ET
13:01

KİÇİK HİYLƏDƏN İSTİFADƏ ET. Parıltı itir? Narahat olmağa dəyməz. Əvvəlcə parıltı qabını silkələ, aç və fırçanı içinə batırıb, göz qapaqlarının üzərinə çək. SAÇLARINI PARILDAT. Noxud ölçüsü qədər parıltını götürüb saçlarına səp. Bu, üzü işıqlı göstərir və hər növ saça uyğun gəlir. DODAQLARI DAHA SEKSUAL ET. Parıltını üst dodağın ortasına vur. Bu yolla sən dodaqların daha dolğun görünüşünə nail olacaqsan.

Solyarinin müsbət və mənfi cəhətləri

Son vaxtlar qadınlar süni qaralmağa - solyariyə üstünlük verirlər. Ancaq bilməlisiniz ki, solyarinin orqanizmə müsbət təsiri olduğu kimi, mənfi təsiri də var. Başlayaq solyarinin müsbət effektindən:
* Solyari "osteoporoza tutulma risqini xeyli dərəcədə azaldır. Orqanizmin yüzdən çox funksiyası Günəş şüasının təsirindən asılıdır. Bu funksiyalardan biri vitamin D-nin ifrazıdır. Bu vitamin osteoporoz zamanı çox olan kalsiumun bərpasına kömək edir.
* Yapon mütəxəssislərinin son araşdırmalarına görə, solyari xərçəng xəstəliyinin yaranmasını xəbərdar edir, psoriaz, saçtökülmənin qarşısını alır. Bunun üçün qış mövsümündə 20 dəqiqəlik seanslar gərəkdir.
* "Soyuqdəymə vaxtı infeksiyalarla mübarizə aparmağa kömək edir.
* "Ayaqda xroniki səviyyəyə çatmamış varikoz damarlarının genişlənməsi zamanı xeyirlidir.
Bütün sadaladığımız hallarda solyari sağlamlığın əvəzsiz vasitəsi olur. Lakin həddən artıq süni Günəş şüalarının qəbulu bir çox problemlərə gətirib çıxara bilər.
* Şişin böyüməsinə, saçın strukturunun pozulmasına, dəri örtüyünün piqmentasiyasının dəyişməsinə və dərinin elastikliyinin azalmasına. Bu cür problemlərlə üzləşməmək üçün solyari qəbul edərkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır:
* "solyaridən 1-2 saat əvvəl bədənini sabunla yu;
* "ətirdən və ya hər hansı başqa kosmetik vasitələrdən istifadə etmə. Onların tərkibində fotosensibilyasiya edən vasitələr olduğuna görə qaralmaq əvəzinə, dərini qıcıqlandıra bilərsən;
* "solyari vaxtı icazə verilən yeganə vasitə -günqoruyucu kremdir. Dodaqlara isə qoruyucu balzam vurmaq lazımdır;
* "dərman qəbul edirsənsə, əvvəlcə həkimlə məsləhətləş. Dərmanlardan bəziləri dəridə işığa qarşı həssaslığı artırır və bu, Günəş allergiyasına səbəb ola bilər;
* "gözlərə eynək taxmaq, saçları örtüklə örtmək
məsləhət görülür;
* "Günəş şüalarını tam çılpaq şəkildə qəbul etmək olmaz. Ələlxüsus bu, süd vəzilərinin qorunmasına aiddir;
* "seansdan sonra S vitamini ilə zəngin olan vitaminləşdirilmiş çay və ya şirə içmək, həmçinin, həssas dəri üçün nəzərdə tutulmuş gellə duş qəbul etmək məsləhətdir.



Просмотров: 937 | Добавил: giq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Пятница, 03.05.2024, 21:35
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz