BIZ QADINLARIN ISTƏDIYİ NƏDIR: - 4 Сентября 2008 - feminist-giq@rambler.ru

G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 4 » BIZ QADINLARIN ISTƏDIYİ NƏDIR:
BIZ QADINLARIN ISTƏDIYİ NƏDIR:
13:59

 

 

Seksual gecə baxışları

 
OLAROLMAZlar

OLAR - Rənglərlə ???oynamaq???. Yaşıl və bənövşəyi rənglərin çalarlarından istifadə edə bilərsən. Bu, gözlərdə qeyri-adilik yaradır.

OLMAZ - Göz kölgələri qablarında olan aplikatordan istifadə etmək. Baxışların daha yumşaq görünməsindən ötrü kölgələr üçün nəzərdə tutulmuş fırçalardan istifadə etsən yaxşıdır.

OLAR - Tünd göz kölgələrindən istifadə etməklə gözləri parlaq etmək. Bunun üçün göz qapaqlarının sonunu beyrəngli karandaşla vurğula.Gözdəki kosmetik vasitələrin təmizlənmə qaydası

* Suyadavamlı kosmetikanı təmizləmək üçün pambığı yağlı təmizləyicidə islat.
Vazelindən də istifadə edə bilərsən.
* Gözünü yum və aşağıya doğru yüngül hərəkətlə sil.
* Pambığı təmiz tərəfinə çevir və yuxarıyadoğru sil.
Gözlərin hələ də çirklidir? Onda yenidən təkrar et.

Gözlərdəki rəngi davamlı etmək üçün: əvvəlcə göz karandaşını çək, sonra isə eyni rəngdə kölgə ilə üstünü ört (Kira Naytli).

Gözlərin Quruluşu

Ulduzlardan nümunə götür

Dramatik baxışlara nail olmaq üçün: Gözləri karandaşla xəttlə, sonra isə maye halında olan laynerlə üstündən get
(Beyons Nouls).

Valehedici gözlərə yiyələnmək: bunun üçün kölgələri 3 qat et. Solğun mavi göz kölgələrini sınaqdan keçirə bilərsən (Cennifer Aniston).

AÇIQ VƏ TÜND RƏNGLƏRİ QARIŞDIR
Göz qapağının ön hissəsini açıq- qəhvəyi, sonunu isə tünd- qəhvəyi rənglə boya. Onda görünüş daha təbii olacaq.

KİRPİIKLƏRİ HƏCMLİ ET
Bunun üçün tuşun birinci qatını nazik, ikinci qatını isə bir qədər qalın çəkmək lazımdır.

İNCƏ DODAQLAR
Çəhrayı rəngdə olan dodaq boyalarından istifadə olunsa dodaqlar incə və təbii görünəcək.

 

Səhvsiz makiyaj

Əlbəttə ki, yalnız heç bir şey etməyən insan səhv etmir. Hətta dekorativ kosmetika ilə uzun illər yaxından tanış olan xanımlar belə öz makiyajarında səhvlərə yol verirlər. Ayselin vizayisti Esmeralda Əzizova gündəlik makiyajın klassik səhvləri haqqında sizi xəbərdar edir. Ən önəmlisi isə bu səhvləri etməmək üçün verilən məsləhətlərə əməl etməkdir. Vaxt itirmədən, maariflənin!

Tonal Krem

Hesab edirəm ki, qadınlar tonal kremdən həddindən çox istifadə edirlər. Tonal kremi çəkən zaman ən çox yayılmış səhv - onun miqdarıdır. Adətən, ya çox, ya da az alınır. Dəri yaxşı vəziyyətdədirsə, tonal kremi az miqdarda çəkmək lazımdır. Və əksinə, dəridə problemlər varsa, ondan çox istifadə edilməlidir. Amma yenə də tonal kremi bütün üzə çəkməkdənsə, yalnız nöqsanları ört-basdır etmək gərəkdir. Bundan başqa, bəzi qadınlar dərilərinin rənginə uyğun tonal krem seçə bilmirlər. Xüsusilə də ağ boyun və tünd rəngdə sifəti bir-birindən ayıran xətlər yaxşı görünmür. Tonal kremin rəngi, dərinin rəngi ilə uyğun gəlməlidir.

Kirşan

Kirşanın əsas təyinatı - dərini mat etmək və makiyajı möhkəmlətməkdir. O, eləcə də, üzün xırda nöqsanlarını - sızanaqları, qabarmış kapilyarları korrektə etməyə kömək edir. Kompakt və ya toz halında olan kirşandan istifadə etməyindən asılı olmayaraq, onu fırça ilə çək. Fırça vasitəsilə kirşan bərabər və eynitonlu ???oturur???.

Ten

Yəqin ki, ən az problem törədən hissə məhz budur. Amma burada problem - göz kölgələrinin rənginin seçilməsidir. Bundan başqa, müəyyən rənglər üçün müəyyən çəkiliş texnikası da mövcuddur ki, qadınlar onu həmişə nəzərə almırlar. Sədəfi tenləri yalnız üst qapaqlara və qaşaltı hissəyə çəkmək məqsədəuyğundur. Mat tenləri isə gözün qatlarında və üst qapaqlarında istifadə edirlər. Eyni zamanda, onunla gözləri azad etmək olar. Qadınlar ten çəkməzdən öncə göz ətrafına krem çəkirlər. Bu, düzgün deyil. Nəticədə tenlər qeyri-bərabər çəkilir, yayılır və sonda çirkli görünür. Ten çəkməzdən əvvəl gözətrafı dərini kirşanlamaq lazımdır. Kiçik və qıyğacı gözləri olan qadınlar gözləri daxili hissədən rəngləməməlidirlər.

Pomada

Pomada dodaqları nəmləndirir və qidalandırır, onu zərərli xarici təsirlərdən qoruyur, dodaqlara parıltı verir. Çox kök dodaqları təbii matrəngli pomadalar vasitəsilə nazikləşdirmək olar. Pomadanı seçərkən səhv etməmək üçün onu dodaqlarda sınaqdan keçirmək lazımdır. Əvvəlcə dodaqlarına tonal krem çək ki, o, əsas olsun və pomada uzun müddət qalsın. Pomadanı fırça vasitəsilə çəkmək lazımdır. Dayanıqlı və sədəfi pomadalar dodaqları qurutduğu üçün onları yayda çəkmək məsləhətdir. Qışda yağlı və nəmləndirici pomadadan istifadə edirlər. Ümumiyyətlə, makiyajda ???qızıl ortalığı??? tapmaq çox vacibdir. Əgər sənə deyirlərsə ki ???Bu gün nə gözəl makiyaj etmisən!???, - bu, kompliment deyil. Kompliment belə səslənir: ???Necə gözəl görünürsən!???.


Ənlik
Ənlik üzü canlandırır və cavanlaşdırır. Ənliyi dəri rəngindən iki ton tünd seçirlər və həcmli fırça ilə elə çəkirlər ki, mümkün qədər təbii görünsün. Axşam makiyajı üçün quru, gündəlik makiyaj üçünsə yağlı ənlikdən istifadə olunur.

Tuş

Tuşdan göz ifadəsini canlandırmaq üçün istifadə edirlər. Həcmverici tuşu pis çəksəniz, onlar yumrulanmış kimi görünəcək. Kiprikləri uzun göstərən tuşu isə belə istifadə edirlər: tuşu kipriklərə bir dəfə çəkib, onun qurumasını gözləyirsiniz, daha sonra ikinci və üçüncü dəfə bu prosesi təkrarlayırsınız. Əgər tuş uzunlaşdırıcı elementə sahibdirsə və
çəkilən zaman yetərincə qurumursa, ondan lazımlı effekti almaq olmaz.


Əla görünmək üçün ən tez plan

GÖZLƏR                    4 dəqiqə


Bozumtul-qəhvəyi göz kölgələrindən istifadə et. ???Qaraya nisbətən, qəhvəyi rəng daha universaldır???, - vizayist Esmeralda Əzizova deyir. Göz qapaqlarının ğzərinə qəhvəyi tozşəkilli kölgə çək və aplikator vasitəsilə onu yay. Sonra kölgəni gözlərin qatlandığı yerdən bir az yuxarıya doğru çək və yumşaq fırça ilə gözlərinin küncünə doğru yay.
Nüvbəti addım: gözlərini vurğulamaq üçün
şokolad rəngli layner çək, sonra isə qəhvəyi kölgəyə batırılmış tamponla tuşla. Gözlərin çox cazibədar olacaq!

DƏRİ                    1 dəqiqə


Nəmləndirici kremi üzünün dərisinə sürt. Üzündə ləkələr və ya sızanaqlar varsa, onda onları gizlətmək üçün xüsusi kremdən istifadə et.

YANAQLAR                    15 saniyə


???Yanaqlar üçün istifadə edəcəyin ənliyin rəngi göz kölgələri ilə uyğun gələ bilər???, - Esmeralda Əzizova deyir. Ənliyi yanaqlarına düzgün çəkmək üçün əvvəlcə gülümsə və hər yanağına ənliklə dairəvi çək. Bu, rəngin təbii görünməsinə kümək edəcək.

DODAQLAR                    15 saniyə


Dodaq üçün çəhrayı parıltı çək. Pomadada olduğu kimi, parıltını da səliqə ilə
çəkmək lazımdır.

BƏDƏN                    30 saniyə


Ətirli, parıltılı losyonu və ya geli qollarına, ayaqlarına və ayaqlarının altına sürt (açıq ayaqqabı geyindiyin halda). Bu, dərini təravətli etməyin ən asan yoludur. Heç kim sənin yanından biganə keçməyəcək.

SAÇ                    

5 dəqiqə


Saçını arxaya dara, ucları təpənin yuxarısında qalmaq şərti ilə onları sancaqla. Sonra isə xüsusi fendən istifadə edərək, saçların uclarını bur və saç spreyi vur. Saç düzümü etmək üçün saçın qısadır? Problem deyil! Onda saçını qıraqdan ayırıb, bəzəkli sancaqla sancaqlaya bilərsən.



 




 

 

.


 
 
Просмотров: 993 | Добавил: giq | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Суббота, 10.12.2016, 17:41
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат
500

Copyright MyCorp © 2016
Конструктор сайтов - uCoz