G.U.N.E.L


Главная | Регистрация | Вход | RSS
Главная » 2008 » Сентябрь » 4 » Gecəyarı yemək = kökəlmək. Rəvayətdir, yoxsa
Gecəyarı yemək = kökəlmək. Rəvayətdir, yoxsa
13:35

 

 

 Gecənin bir aləmində acmaq mütəmadi hal alıb. Hər gecə mətbəxdə soyuducunun qarşısında diz çökərək yeməli bir şey axtarırsan. Qarınqululuğun səni utandırır. Bir yandan da kökəlməkdən qorxursan. Az yeyərək mədəni aldatmağa çalışırsan. Lakin doyma siqnalının mədəyə çatması hələ uzaq görünür. Səhərisi, bütün günü hərəkətdə olursan ki, gecə bədənə ötürdüyün kaloriləri yandırasan. Narahatçılığa ehtiyac yoxdur. Rahat nəfəs al və məsləhətlərimizə qulaq as.

Həzm prosesi ilə bağlı maraqlı bir faktı nəzərinə çatdıraq. Əslində, insan orqanizmi gecə yatarkən də fəaliyyətini davam etdirir. Ürək döyünür, qan dövran edir, ciyərlər nəfəs alır, beyin isə daha çox işləyir. Günün müəyyən vaxtından asılı olaraq tükənmiş kalorinin bədəndə yığılıb qalması fikri səni qorxutmasın. Məsələn, eyni qidanın 6-da, ya da 8-də tükənməsi heç nəyi dəyişməyəcək. Çünki yeməyin kalorisi eyni olaraq qalır. Önəmli olan hər saat deyil, həftə, ay, ya da uzun müddət ərzində sərf etdiyin eneryinin miqdarına nəzarət etməkdir. Yığılıb qalmış kalorilər gecə ya da gündüz alınmasından asılı olmayaraq, müəyyən vaxtdan sonra artıq çəkiyə çevrilir.

Səbəbi?
Gəl aydınlaşdıraq. Bunun əsasən bir neçə səbəbi var. Adətən, buna reyimsiz qida qəbulu səbəb olur. Məsələn, bütöv gün ərzində yeməyi vaxtlı-vaxtında yemirsən və yeyəndə də qidanın həcminə baxmadan necə gəldi, nə gəldi mədənə ötürürsən. Növbəti dəfə belə etdikdə, çalış ayaqüstü qəlyanaltıların heç də sağlam seçim olmadığını xatırlayasan. Unutma ki, belə reyimsiz qida qəbulu həzm prosesinin pozulmasına və gənc yaşda qastrit probleminin yaranmasına səbəb ola bilər. Belə halda yağsız və karbohidratsız qida qəbul etməyə və yediyinin miqdarına nəzarət etməyə çalış. Digər problemin səbəbi isə sözün əsl mənasında qarınqululuğun ola bilər. Çalış öz nəfsini tərbiyə et, çünki artıq və tox qarına yeyilmiş çips, şirniyyat, dondurma və ya pizza çəki artımına yol aça bilər.
Diqqətli ol, vaxtlı-vaxtında və tutumlu yeməyinə baxmayaraq, mədəndə sıyrılma halları tez-tez baş verirsə, deməli, nasazlıq var. Yaxşısı budur, ən yaxın zamanda həkimə müraciət et. Yoxsa köklükdən və həzm problemlərindən qaça bilməzsən.

Məsləhət
Bədəninin sağlam olmasını istəyirsənsə, yediyin qida bədənini qane edəcək qədər zəngin olmalıdır. Qida rasionuna bol vitaminlər, minerallarlar, karbohidratlar və zülallarla yanaşı, müəyyən miqdar bitki yağları daxil edilməlidir. Soğan,pomidor, sarmısaq,yerkökü, lobya, sitrus bitkiləri, meyvə və tərəvəzlərdə olan fitokimyəvi elementləri unutmaq olmaz. Sağlam və möhkəm bədənə sahib olmağın əsas şərti budur: sağlam qidalanmaq və gün ərzində yediyiləndən çox eneryi sərf etmək. Bədən və orqanların normal fəaliyyəti üçün gərəkli maddələr:

Karbohidratlar
Dənli bitkilərdə, meyvə və tərəvəzlərdə mövcuddur. Baş və onurğa beyinin fəaliyyəti üçün önəmli yanacaqdır.

Zülallar

Süd, ət məhsullarında və yumurtada mövcuddur. Orqanizmin inkişafı və özünübərpa prosesləri üçün vacibdir. Hormon və enzimlərin yaranmasında iştirak edir, əzələ qatını bərpa edir və saç və dırnaqların möhkəmlənməsinə səbəb olur.

Yağlar
Süd, ət və bitki məhsullarında bol olur. A, D, E, və K vitaminlərinin sorulmasında iştirak edir. Hormonların sintezində, hüceyrələrin bərpasında rol oynayır. Vitaminlər və minerallar Müxtəlif kimyəvi reaksiyalarda iştirak edirlər.

 

Просмотров: 1254 | Добавил: giq | Рейтинг: 4.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Вторник, 30.04.2024, 03:07
Приветствую Вас Гость
Форма входа
Календарь новостей
«  Сентябрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наш опрос
Оцените мой сайт
Всего ответов: 42
Мини-чат

Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz